Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa Çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sport1.az xəbər verir ki, komandamız Şotlandiya ilə üz-üzə gələcək.
Qarşılaşma "Liv Bona Dea Arena"da saat 19:00-da start götürəcək.
Qeyd edək ki, B qrupunda Portuqaliya komandası 9 xalla liderdir, Çexiya isə ikincidir. Bolqarıstan turnir cədvəlində üçüncüdür. Onlar 4 xal toplamağı bacarıblar. 1 qələbəsi olan Şotlandiya dördüncüdür. Hesabında 1 xalı olan millimiz beşinci sırada yer alıb. Qrupun sonuncusu isə Cəbəllütariqdir. Onların xalı yoxdur.
19:00 Azərbaycan - Şotlandiya
Sport1.az