PSJ “Roma”nın yarımmüdafiəçisi Manu Kone ilə müqavilə imzalamağa yaxındır. Sport1.az xəbər verir ki, Fransa nəhəngi bu transfer üçün 60 milyon avro ödəməyə hazırdır.
24 yaşlı futbolçu 2024-cü ilin yayında Mönxenqladbax “Borussiya”sından paytaxt təmsilçisinə 20 milyon avroya keçib. Fransalı cari mövsümdə bütün liqa oyunlarında iştirak edib.
"Transfermarkt"ın məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 50 milyon avrodur.
Sport1.az