Frankfurt "Ayntraxt"ı "İnter"in müdafiəçisi Yann Bissekin transferi üzərində işləyir.Sport1.az xəbər verir ki, alman klubu futbolçunu yanvar ayında heyətinə qatmaq niyyətindədir.
Tərəflər arasında ilkin danışıqlar artıq yayda aparılıb və müzakirələrin qış "transfer pəncərəsi"ndə davam etdirilməsi planlaşdırılır.
Qeyd edək ki, 2023-cü ildən “İnter”də oynayan müdafiəçi bu müddətdə 69 oyunda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyəri 35 milyon avro qiymətləndirilir.
Sport1.az