Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.
Sport1.az xəbər verir ki, bu gün Qəbələdə futbol yarışının final matçı keçirilir. Həlledici qarşılaşmada Azərbaycan Rusiya ilə qarşılaşmada Rusiya millimizlə qarşılaşır.
Görüş ərəfəsində AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev ölkəmizdə keçirilən III MDB Oyunları barədə danışdı jurnalistlərə açıqlama verdi:
"Azərbaycanda mötəbər turnirlərin keçirilməsi ölkəmizə olan etibarın nümunəsidir. Bir neçə gündü ölkəmiz mötəbər yarışa ev sahibliyi edir. Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirildi. Ölkəmiz həmçinin, 20 yaşadək futbolçuların dünya çempionatına rəhbərlik edəcək. Bu da ölkəmizə olan etibarın nümunəsidir. Sözügedən yarış qardaş ölkə Özbəkistanla birlikdə keçiriləcək. Əminik ki bu turnir yüksək səviyyədə təşkil ediləcək".
AFFA rəsmisi Azərbaycan millisinin III MDB Oyunlarında çıxışına toxundu:
"Azərbaycan komandası III MDB oyunlarına uğurlu start verib. Bu gün finalda çıxış edir. Komandamıza uğurlar arzu edirik. Qızıl medal gözləyirik. Bu yaşda uşaqlar üçün belə turnirlər çox vacibdir. Çünki hər biri gələcəyin futbolçularıdır və peşəkarlıq səviyyələrini belə turnirlərdə artıra bilirlər. Komandamız yüksək hazırlıq prosesi keçib. Bunun nəticəsi olaraq komanda yüksək səviyyədə çıxış edir".
Sport1.az