Bu gün yoxlama görüşündə Azərbaycan və Haiti milliləri üz-üzə gələcəklər.Sport1.az xəbər verir ki, qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Görəsən, oyuna "Gənclik şəhəri"nin sakinləri maraq göstərir? Ümumiyyətlə, Azərbaycan - Haiti matçına nə qədər bilet satılıb?
Sualımızı AFFA-nın mətbuat katibi Elnur Məmmədliyə ünvanladıq:
"Səhər saatlarında satılan bilet sayı 1900 idi".Qeyd edək ki, Azərbaycan millisi müstəqillik tariximizdə ilk dəfə Sumqayıtda oyun keçirəcək.
Sport1.az