Niderlandın Eyndhoven şəhərində boks üzrə beynəlxalq turnir keçirilib. Sport1.az xəbər verir ki, Azərbaycan millisi yarışı 3 medalla başa vurub.
Yığmamızın heyətində Məhəmmədəli Aşurəliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əli Abdullayev (65 kq) Eyndhoven kubokunu gümüş, Nəbi İsgəndərov (70 kq) isə bürünc medalla bitirib.
Sport1.az