Qadınlardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litva yığmasına qarşı keçiriləcək ev oyunu üçün yekun heyəti məlum olub.Sport1.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 24 nəfərlik heyəti müəyyənləşdirib.
Millimiz C Liqasının IV qrupu çərçivəsində mayın 30-da, saat 18:00-da, Bayıl stadionunda Litva yığması ilə qarşılaşacaq.
Sport1.az