I Liqanın 3-cü turunda “Səbail” doğma azarkeşlər qarşısında “Şahdağ Qusar”ı qəbul etdi.
Sport1.az xəbər verir ki, “dənizçilər” bölgə təmsilçisini 2:0 hesabıyla məğlub etdi. Oyunla bağlı meydan sahiblərinin baş məşqçisi Elvin Məmmədov saytımıza açıqlama verdi:
“Bizim üçün heç də asan qələbə olmadı. Qusar təmsilçisi debutant olsa da, meydanda yaxşı mübarizə apardılar, bizə rahat oynamağa imkan vermədilər. 90 dəqiqə sonra layiqli qələbə qazandıq, yetirmələrimi təbrik edirəm. 3 oyuna maksimum nəticə göstərməyimiz yetirmələrimin işlərində ciddi olmasının nəticəsidir. Amma arxayınlaşmaq olmaz, çempionat hələ təzə-təzə qızışır. Bizi qarşıda daha çətin oyunlar gözləyir. Odur ki, heç cür arxayınlaşmaq olmaz, 100 yox, 200-300 faiz məsuliyyətli olmalıyıq”.
Mirzə S.
Sport1.az