"Sabah" müdafiəçisi Sofian Çakla ilə yolları ayırıb.Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mərakeşli futbolçunun mövsümün sonunda müddəti başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, S.Çakla 2023-cü ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, bu müddətdə keçirdiyi 71 oyunda 5 qol vurub.
Sport1.az