Fələstinin "Cəbaliyə" klubunun futbolçusu Abdulla Mazen Havila İsrailin hücumları nəticəsində ölüb.Sport1.az xəbər verir ki, bu barədə Fələstin Futbol Federasiyası məlumat yayıb.
Hadisənin təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçi əvvəllər BƏƏ-nin "Əl-Ayn" və "Dubay Siti" komandalarında çıxış edib.
Sport1.az