"Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası “Sozopol Cup 2025” turnirinin qalibi olub.Sport1.az xəbər verir ki, “Qarabağ” Bolqarıstanda təşkil olunan yarışın bu gün keçirilən final matçında “Burqas”la qarşılaşıb.
Təmsilçimiz bu görüşdə qalib gəlib. 2 cavabsız qol vuran “Qarabağ”ın heyətində Kamil Bədirxanlı və Zəfər İbrahim fərqləniblər. Həlledici görüşdə qələbə qazanan komanda turnirin qalibi adına yiyələnib və kuboka sahib çıxıb.
Qeyd edək ki, qrup mərhələsinin 5 oyununda 10 xal toplayan "Qarabağ" yarımfinalda “Levski”ni məğlub edib – 0:0, pen. 4:3.
Sport1.az