Bakıda minifutbol üzrə dünya çempionatına həsr olunan “Legends Cup” turniri keçirilib.Sport1.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında matçda “Premyer Liqa məşqçiləri” ilə “Neftçi 2000-lər” komandaları qarşılaşıblar.
Görüş 1:1 hesabı ilə başa çatıb və “Premyer Liqa məşqçiləri” penaltilər seriyasında 3:2 hesabı ilə qalib gəliblər. Qalib komandaya “Legends Cup” kuboku təqdim olunub. Mükafatları Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev təqdim ediblər.
Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı mayın 21-də start götürəcək.
Sport1.az