Hazırda AFFA-nın Hesabat Konfransı keçirilir.Sport1.az xəbər verir ki, federasiyanın prezidenti Rövşən Nəcəf yığma komandanın çıxışı barədə danışıb:
"Əsas milli komandanın son nəticələrindən razı deyilik. Legioner limitinin ləğvinə gəlincə, bunun futbolun inkişafına təkan verəcəyinə inanırıq. Millinin qarşıdakı matçlarda yaxşı nəticə qazanacağına ümid edirik. Amma AÇ-2028-in seçmə mərhələsində uğurlu çıxış hədəfi dəyişməz olaraq qalır. Azərbaycan futbolu məsuliyyəti və çətin dönəmə qədəm qoyur. Strategiyanın futbolumuzun inkişafına kömək olacağına inanırıq. AFFA və futbol ailəsinin üzvləri ilə birlikdə böyük uğurlar əldə edə bilərik".
Sport1.az