"Arsenal"ın müdafiəçisi Qabriel bud nahiyəsindən zədələndiyi üçün mövsümün sonuna qədər sıradan çıxıb.
Sport1.az xəbər verir ki, 27 yaşlı futbolçu Premyer Liqada "Fulhem"lə matçın ( 2:1 ) ilk hissəsində zədələnib. Braziliyalı yaxın günlərdə əməliyyat olunacaq. Müdafiəçi bütün diqqətini reabilitasiyaya və növbəti mövsümə hazırlığa yönəldəcək.
Sport1.az