Qadın voleybolçulardan ibarət "Gəncə" komandasında ayrılıq yaşanıb.
Sport1.az-ın əldə etdiyi məlumata görə, Olena Napalkova "sarı-göylər"lə vidalaşıb. 28 yaşlı oyunçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Ukraynalı voleybolçu karyerasını Finlandiyanın "Viesti" komandasında davam etdirəcək.
Sport1.az