Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medal uğrunda ilk oyun keçirilib.
Sport1.az xəbər verir ki, “Gəncə” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib.
Gərgin və maraqlı keçən görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında ikinci qarşılaşma aprelin 20-də təşkil olunacaq.
Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” cavab matçında da qalib gəlsə, üçüncü yerin sahibi olacaq. Əgər tərəflər hərəyə bir qələbə qazanarsa, “qızıl set” oynanılacaq.
Sport1.az