Azərbaycan taekvondoçuları Qazaxıstan və Özbəkistanda keçirilən açıq beynəlxalq turnirlərdə 6 medal qazanıblar.Sport1.az xəbər verir ki, iyunun 1-də Qazaxıstanın Almatı şəhərində keçirilən yarışda Nərimanov rayon idman klubunun yetirmələri Rüqəyyə Əliyeva (28 kq) və Aylin Salahlı (41 kq) qızıl, Çilingir Gökalp (36 kq) isə gümüş medal qazanıblar.
Daha sonra Özbəkistanın paytaxtı Daşkəndə yollanan idmançılar iyunun 7-də “Grand Master” taekvondo klubunun təşkilatçılığı ilə keçirilən turnirdə qüvvələrini sınayıblar. Ç.Gökalp (36 kq) bu dəfə bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. A.Salahlı (41 kq) isə çempionluğunu bir daha sübut edib. R.Əliyeva (28 kq) fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Sport1.az