Bu gün III MDB Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.Sport1.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində 10 çəki dərəcələri üzrə qaliblər məlum olub.
Azərbaycan təmsilçilərindən altı güləşçi medal qazanıb. Elşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq) və İslam Sultanov (71 kq) çempion olublar. Yusif Mirzəyev (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) gümüş, Hikmət Haqverdiyev (55 kq) isə bürünc medal qazanıb.
Sport1.az