İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatına yekun vurulub.
Sport1.az xəbər verir ki, qitə birinciliyində daha bir millimiz komanda hesabında Avropa çempionu olub.
1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamız 131 xalla birinci yeri tutub. Ermənistan (125) ikinci, Gürcüstan (99) isə üçüncü olub.
Millimizin heyətində Ömər Salmanov (44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Hüseyn Əmrahlı (38 kq) və Ruslan Nuriyev (75 kq) gümüş medala sahib çıxıb. Xudayar Kərimli (38 kq), Hüseyn Mustafazadə (52 kq) və Nadir Həsənov (62 kq) isə bürünc medalı boynundan asıb.
Qeyd edək ki, bu komandamız 3-cü dəfə Avropa çempionu olur. Yunan-Roma güləşi üzrə millimiz 2022 və 2024-cü illərdə də eyni uğura imza atıb.
Xatırladaq ki, bir neçə gün öncə sərbəst güləş üzrə milli İtaliyada Avropa çempionu olub.
Sport1.az