Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.Sport1.az xəbər verir ki, mundialın üçüncü günündə Azərbaycan millisinin daha 3 idmançısı tatamiyə çıxıb.
Dünya çempionatı
Kişilər
73 kq
Hidayət Heydərov Portuqaliyanı təmsil edən əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşıb və məğlub olaraq mübarizəni dayandırıb.
Eyni çəkidə yarışan Rəşid Məmmədəliyev Kazbek Naquşevə (BƏƏ) qalib gələrək növbəti mərhələyə yüksəlib. Cüdoçumuz daha sonra gürcüstanlı Laşa Şavdatuaşvilini məğlub edib. Növbəti görüşdə Baysanqur Baqayevə (Serbiya) uduzan idmançımız bürünc medal uğrunda yarışmalı olub. Bu yarışda da Tatsuki İshiharaya məğlub olan Məmmədəliyev dünya çempionatını 7-ci yerdə başa vurub.
Sport1.az