Cüdoçularımızın Avropa kubokunda uğurlu çıxışı davam edir.Sport1.az xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yarışın ikinci günündə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Ülviyyə Bayramova (57 kq) mübarizə aparıb.
Könül Əliyeva və Gültac Məmmədəliyeva qızıl, Leyla Əliyeva isə bürünc medal qazanıblar.
Qeyd edək ki, daha əvvəl - turnirin ilk günündə Günel Həsənli 78 kq çəki dərəcəsində bürünc mükafata sahib çıxıb.
Sport1.az