Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyevə vəzifə verildi.
Sport1.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası (AGF) məlumat yaydı. O, bundan sonra qurumda funksioner kimi fəaliyyət göstərəcək.
2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu sərbəst güləş üzrə koordinator vəzifəsini yerinə yetirəcək.
Sport1.az