Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Konfrans Liqasında pley-off mərhələsinin ilk oyununa çıxıb.
Sport1.az xəbər verir ki, Bolqarıstan təmsilçisi Polşada “Rakuv”un qonağı olub. Matç “Arda”nın məğlubiyyəti ilə başa çatıb – 0:1.
Cəlal görüşdə start heyətdə yer alıb və 90+1-də əvəzlənib.
Cavab matçı avqustun 28-də Bolqarıstanda olacaq.
Sport1.az