Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Sport1.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ilk olaraq “Sabah” meydana çıxıb.
Valdas Dambrauskasın çalışdırdığı komanda Bakıda Moldova təmsilçisi “Petrokub”la qarşılaşıb.
Komandalar arasında Kişinyovda keçirilən ilk oyun "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatdığından təmsilçimizin mərhələ adlamaq şansı daha yüksək qiymətləndirilə bilər.
Cütün qalibi Avropa Liqasının "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə görüşəcək.
31 iyul
UEFA Konfrans Liqası, 2-ci mərhələnin cavab oyunu
20:00. “Sabah”(Azərbaycan) - “Petrokub” (Moldova) - 4:1
Qollar: Coy-Lens Mikels, 22 (1:0), 28 (2:0), Stiv Solvet, 41 (2:1), Coy-Lens Mikels, 45 (3:1), Pavol Şafranko, 45+1 (4:1)
Baş hakim Danilo Nikoliç (Serbiya)
Ilk oyun - 2:0
Masazır. "Bank Respublika Arena"
Sport1.az