Memfis Depaydan Niderland yığmasında ən çox qol vuran futbolçu olub.Sport1.az xəbər verir ki, hazırda “Korintians” klubunun oyunçusu olan hücumçu DÇ-2026-nın seçmə mərhələsində Malta ilə matçda dubl edib. O, 9-cu dəqiqədə penaltidən, 16-cı dəqiqədə isə oyundan qol vurub.
Milli komandada Depay 102 oyunda 50 qol vurub. Bu göstərici ilə o, ölkə tarixinin ən yaxşı bombardiri olan Robin van Persi ilə eyni qola sahibdir.
Sport1.az