Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Sport1.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayıb.
Püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ” da potensial rəqibini öyrənib.
Püşkün nəticəsinə görə, "Qarabağ" “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək. "Qarabağ" mərhələ adlası ilk oyunu səfərdə keçirəcək.
Sport1.az