"Beşiktaş" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, "qara qartallar" "Fənərbağça"dan Cengiz Ünderi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klublar arasındakı müqavilədə satınalma bəndi də yer alıb. 28 yaşlı vingerin 3,7 milyon avroluq maaşını iki klub birlikdə ödəyəcək.
Qeyd edək ki, "Fənərbağça" Cengiz Ünderi 2023-cü ilin yayında "Marsel"dən 15 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında "Los Anceles"də çıxış edib. Təcrübəli oyunçu MLS təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az