“Sassuolo”nun serbiyalı yarımmüdafiəçisi Nemanya Matiç “Napoli”nin futbolçusu Kevin De Bruyne ilə oyunla bağlı fikirlərini bölüşüb.Sport1.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi belçikalı ulduzu yüksək qiymətləndirib:
“Onunla dəfələrlə — bəlkə də altıdan çox qarşılaşmışam. De Bruyne fantastik futbolçudur və meydandan kənarda da əla insandır. Onu dayandırmaq çətindir, xüsusilə də yüksək səviyyəli oyunçularla eyni komandada olanda. Onun kimi ən yaxşı futbolçulara qarşı oynamaq həmişə əladır. Onu məğlub etmək üçün 100 faiz deyil, daha artığını verməlisən.”
Xatırladaq ki, Kevin De Bruyne 2025-ci ilin yayında “Mançester Siti”dən “Napoli”yə keçib. 33 yaşlı futbolçu yeni klubunda keçirdiyi 6 oyunda 3 qol vurub.
Sport1.az