"Napoli" "Liverpul"un hücumçusu Darvin Nunesi transfer etmək istəyir.
Sport1.az xəbər verir ki, İtaliya çempionu uruqvaylı futbolçu üçün "qırmızılar"a 50 milyon avroluq rəsmi təklif göndərib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərə klubu bu təklifi qəbul etməyib. "Napoli" 26 yaşlı forvard üçün növbəti dəfə onun klubuna müraciət edəcək.
Sport1.az