“Liverpul” Londonun “Kristal Pelas” klubunun müdafiəçisi Mark Gehini transfer etməyə yaxındır.
Sport1.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinə yaxın “DaveOCKOP” məlumat yayıb.
“Liverpul” Mark Gehi ilə razılıq əldə etməyə yaxındır”, – nəşr bildirib.
Qeyd olunub ki, İngiltərə millisinin üzvünün London klubu ilə müqaviləsinin müddəti gələn il başa çatır. Futbolçu müqavilənin müddətini uzatmaq niyyətində deyil.
Sport1.az