“Şamaxı”nın yay təlim-məşq toplanışı zamanı yoxlama oyununda üz-üzə gələcəyi daha bir rəqib müəyyənləşib.Sport1.az xəbər verir ki, sözügedən komanda “Sumqayıt”la qarşılaşacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma avqustun 3-də Qəbələ şəhər stadionunda keçiriləcək.
Xatırladaq ki, “Şamaxı” daha öncə “Qəbələ” ilə qarşılaşıb və 1:2 hesabıyla uduzub.
Sport1.az