Futbol üzrə 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi III MDB Oyunlarında Tacikistanı 1:0 hesabı ilə məğlub etdi.
Görüşdən sonra yeganə qolun müəllifi Xəzər Hüseynzadə
Sport1.az-a açıqlamasında qələbə haqda bunları söylədi:
"Növbəti matçda ancaq qələbə qazanmağı düşünürük.Tacikistan keyfiyyətli rəqib idi. İlk hissədə qol vurduq. İkinci hissədə də yaxşı oynayıb qələbə qazandıq. Qol sevincinin üzərində məşqlərdə çalışırdıq. Oyunda da tətbiq etdik. Növbəti rəqibimiz güclüdür, ancaq qələbə fikirləşirik və çempionluğa oynayırıq".
Sport1.az