Bürünc medal qazandığım üçün şadam.
Sport1.az xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazan Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) jurnalistlərə açıqlamasında deyib.
O, 1/4 finalda öz səhvi ucbatından məğlub olduğunu söyləyib:
"Macarıstana qızıl medal qazanmaq üçün gəlmişdim. Lakin öz səhvim ucbatından yarımfinala gedən yolda uduzdum. Qarşılaşma zamanı arxayınlıq yarandı. Məğlubiyyətin səbəblərindən biri bu oldu. Mundialı mükafatsız başa vurmadığım üçün sevinirəm".
Sport1.az