Türkiyə Futbol Federasiyasının (TFF) Hüquq Müşavirliyi, azərbaycanlı milyarder Tufan Sadıqova məxsus "Serik FK" klubunu saxtakarlıq və aldadıcı məlumat vermə ittihamı ilə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərib.
Sport1.az xəbər verir ki, rəsmi açıqlamada, göndərilmənin Futbol İntizam Qaydalarının 48-ci maddəsinə əsasən həyata keçirildiyi bildirilib.
48-ci maddə “Saxtakarlıq və aldadıcı məlumat vermə” başlığı altında klubların və ya aidiyyəti şəxslərin rəsmi sənədlərdə yalan məlumat təqdim etməsi, sənədlərdə saxtalaşdırma aparması və ya həqiqəti gizlətməyə yönəlik hərəkətlərini əhatə edir.
PFDK-nın "Serik FK" ilə bağlı qərarını yaxın günlərdə açıqlaması gözlənilir.
Qeyd edək ki, Tufan Sadıqov bu ilin iyun ayında klubun səhmlərinin 50 faizini satın alıb.
Sport1.az