"İmişli" ilə yollarını ayıran futbolçu Seyxan Fərəcovun yeni klubu müəyyənləşib.Sport1.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi I Liqa təmsilçisi MOİK-lə anlaşıb. O, 2000 manat əməkhaqqı qarşılığında yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Seyxan Fərəcov ötən mövsüm I Liqada 11 qol vurub və "İmişli"nin bombardiri olub.
Sport1.az