Azərbaycanın futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıblar.Sport1.az xəbər verir ki, onlar aprelin 15-də Nikosiya şəhərində keçiriləcək Kipr – Almaniya oyununu idarə edəcəklər.
H.Qafarlı birinci, Ə.Cəbrayılov ikinci, K.Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.
Sport1.az