Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsindəki potensial rəqibləri UEFA Millətlər Liqasının 1/4 finalında üz-üzə gəliblər.Sport1.az xəbər verir ki, tərəflər arasındakı ilk matçda Xorvatiya Fransanı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib - 2:0. Ante Budimir və İvan Perişiç fərqləniblər. Cavab matçı ayın 23-də keçiriləcək.
Qeyd edək ki, bu cütün qalibi D qrupunda millimizlə yanaşı Ukrayna və İslandiya ilə dünya çempionatının final mərhələsinə yüksəlmək uğrunda yarışacaq.
Sport1.az