Braziliya millisinin və İspaniyanın "Real" klubunun futbolçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport1.az AS nəşrinə istinadən xəbər verir ki, "Çelsi" 24 yaşlı vingerlə ciddi şəkildə maraqlanır.
London təmsilçisi oyunçu üçün cəlbedici təklif hazırlayır.
Daha əvvəl mətbuatda futbolçunun "Kral klubu"ndan ayrılmaq istədiyi yazılıb.
Qeyd edək ki, Rodriqo cari mövsüm bütün turnirlərdə 50 oyuna çıxıb, 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub
Sport1.az