Əfsanəvi futbolçu Françesko Totti Moskvaya səfərinə görə təhqirlərə məruz qalıb.
Sport1.az xəbər verir ki, sosial şəbəkələrdə italyanlar onu Rusiyayönlü təbliğatda və Vladimir Putinə dəstək verməkdə ittiham ediblər.
İtaliya yığmasının sabiq hücumçusu təhqirlərlə yanaşı ciddi təhdidlərlə də üzləşib.
“Roma” klubunun sabiq futbolçusu bildirib: “Moskvaya işgüzar səfərim mübahisələrə səbəb oldu. Bütün dünyada idman dəyərlərini təbliğ edən idmançıyam. Müxtəlif ölkələrə səyahət edirəm və idman haqda danışıram, Kiyevə də gedərdim. Moskvada keçiriləcək tədbirdə iştirak etməmək xahişi olarsa, imtina edəcəm".
Qeyd edək ki, futbolçu bütün karyerasını bir klubda keçirib. O, 1992-ci ildən 2017-ci ilə kimi “Roma”nın heyətində oynayıb.
Sport1.az