Azərbaycanın iki idman gimnastı Misirin paytaxtı Qahirədə keçiriləcək Dünya Kubokunda mübarizə aparacaq.
Sport1.az Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizi turnirdə Rəsul Əhmədzadə və Ramin Dəmirov təmsil edəcəklər.
Aprelin 25-dən 28-dək təşkil olunacaq yarışda 20 ölkədən 100-ə yaxın idmançı qüvvəsini sınayacaq.
Sport1.az