Almaniyanın paytaxtı Berlində kadetlər arasında Avropa kuboku keçiriləcək.Sport1.az xəbər verir ki, turnirdə Azərbaycan komandası da çıxış edəcək.
Oğlanların yarışında İsa Allahverdi (66 kq), qızların mübarizəsində isə Nuranə Hacızadə (48 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, aprelin 26-27-də keçiriləcək turnirdə qırx ölkədən 800-dən çox cüdoçu iştirak edəcək.
Sport1.az