Cüdo üzrə gənc oğlanlardan ibarət Azərbaycan millisi Almaniyanın paytaxtı Berlində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.Sport1.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı baş tutan toplanışda cüdoçularımıza gənc oğlanlardan yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Praqa Avropa Kuboku və Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
Sport1.az