"Neftçi" basketbol komandasına yeni baş məşqçi təyin olunub.
Sport1.az xəbər verir ki, Vitali Stepanovski "Neftçi" basketbol komandasının yeni baş məşqçisi təyin olunub. Ukraynalı mütəxəssis əvvəllər “Ximik” (Ukrayna), “Craiova” (Rumıniya) komandalarının və Ukrayna millisinin baş məşqçisi olub. Onun sonuncu iş yeri isə Estoniyanın “Parnu” klubu olub. Vitali Stepanovski həmin komandada da baş məşqçi kimi çalışıb.
Qeyd edək ki, Vitali Stepanovskinin köməkçiləri həmyerlisi Oleq Qonçarov və gürcüstanlı Daviti Çivçivadze olacaq.
Sport1.az