Türkiyə Super Liqasında I turun təxirə salınmış "Kayserispor" "Beşiktaş" oyunu baş tutub.Sport1.az xəbər verir ki, qarşılaşma "qara qartallar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmadan sonra İstanbul təmsilçisinin hücumçusu Tami Abraham bu qələbə ilə bağlı fikirlərini səsləndirib:
"Bu qələbə bizim üçün gözlənilən idi. Hər məşqə çıxanda güclü və keyfiyyətli komandamızın olduğunu görürəm. İtkilərimiz olsa da, qazanmaq üçün yetərli oyunçumuz da var idi. Bu qələbə üçün əlimizdən gələni etdik. Bu gedişlə davam etməliyik". İngiltərəli futbolçu komandasının mövsümün əvvəlində etdiyi uğursuz çıxış barədə də danışıb:
"Bu hələ mövsümün başlanğıcıdır. Bir-birimizə uyğunlaşmağa çalışırıq. Ötən oyun da yaxşı oyun sərgiləmədim. Bu gün isə yaxşı oynadıq. Qələbə qazandıqca işlər müsbətə doğru gedir".27 yaşlı oyunçu atdığı qol haqda bunları söyləyib:
"Bu gün qol atdığım üçün çox xoşbəxtəm. Hər matç qələbə qazanmaq istəyirik".
Sport1.az