Türkiyənin “Eyüpspor” klubu “Mançester Yunayted”in futbolçusu Tayrell Malasiyanı eyətinə qatmaq istəyir.
Sport1.az xəbər verir ki, Super Liqa təmsilçisi cinah müdafiəçisinin icarəsi üçün “qırmızı şeytanlar”la danışıqlara başlayıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Rəhbərlik oyunçunu göndərməyə hazırdır, lakin Malasiya Türkiyədə oynamaq istəmir.
Müdafiəçi ötən mövsümdə Niderlandın PSV klubunda icarədə olub.
Sport1.az