"Sportinq"in mozambikli futbolçusu Geni Katamo "Fənərbağça"nın transfer siyahısında yer alıb.
Sport1.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu 24 yaşlı sağ cinah vingeri üçün 25+5 milyon avroluq təklif hazırlayır.
G.Katamonun meneceri bu həftə Türkiyə klubunun rəhbərliyi ilə görüşəcək.
Qeyd edək ki, futbolçu karyerası ərzində çıxış etdiyi 118 matçda 14 qol 14 asistlə yadda qalıb.
Sport1.az