“Arsenal”ın futbolçusu Oleksandr Zinçenko karyerasını Türkiyədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, ukraynalı cinah müdafiəçisi “Fənərbağça”nın diqqət mərkəzindədir. Bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.
“Fənərbağça”nın idman direktoru Devin Özekin artıq Zinçenko və “Arsenal” nümayəndələri ilə görüş keçirdiyi bildirilir.
London klubu Zinçenko üçün 15 milyon avro tələb edir.
Ukraynalı futbolçu ötən mövsümdə 23 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Sport1.az