Milan Şəhər Şurası "San Siro" stadionunun "İnter" və "Milan" klublarına satılmasını təsdiqləyib.
Sport1.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, qərar sentyabrın 30-da keçirilən iclasda qəbul olunub.
Müqavilənin dəyəri 197 milyon avro təşkil edir. Hər iki klub stadionu sökərək eyni ərazidə yeni, müasir arena inşa etməyi planlaşdırır. Stadionun yenilənməsi texniki səbəblərdən qeyri-mümkün hesab olunur.
Yeni arenanın tikintisinə 2027-ci ildə başlanacaq və işlərin 2031-də yekunlaşması nəzərdə tutulur.
Qeyd edək ki, "San Siro" 1926-cı ildə istifadəyə verilib.
Sport1.az