"Barselona"nın futbolçusu Markus Reşford zədələnib.Sport1.az xəbər verir ki, 27 yaşlı hücumçu "Sevilya"ya uduzduqları (1:4) La Liqanın 8-ci turunun oyununda sıradan çıxıb.
İngiltərəli forvard matçın sonlarında zədə alıb. Onun durumu haqda hələlik açıqlama verilməyib.
Qeyd edək ki, Reşford bu mövsüm "Barselona"da 10 oyuna 3 qol vurub, 5 qol ötürməsi edib.
Sport1.az