Almaniyanın Sul şəhərində keçiriləcək atıcılıq üzrə gənclər arasında Dünya kubokunda iştirak edəcək Azərbaycan atıcıları müəyyənləşib.
Sport1.az xəbər verir ki, mayın 19-27-də baş tutacaq yarış üçün iki snayperimiz sifariş olunub.
Leyli Əliyeva və Vladislav Kalmıkov tapança ilə 10 m məsafədən atəş açmada mübarizə aparacaqlar. Onlar həm fərdi yarışa, həm də qarışıq komandaların mübarizəsinə qatılacaqlar.
Qeyd edək ki, yarışa 58 ölkədən 645 atıcı qatılacaq.
Sport1.az